Həzrət Əli (ə) Azərbaycandakı amilinə Əşəs İbn Qeysə məktubu

Həzrət Əli (ə) Azərbaycandakı amilinə Əşəs İbn Qeysə məktubu
وبسايت خبري تحليلي نداي آذربايجان

Həzrət Əli (ə) Azərbaycandakı amilinə Əşəs İbn Qeysə məktubu

Həzrət Əli (ə) Azərbaycandakı amilinə Əşəs İbn Qeysə məktubu

نهج البلاغه

"Hökmranlıq etdiyin bölgə sənin azuqən deyil, sənin boynunda əmanətdir və səndən aşağı olan şəxsin hökmranı olması istənilib.
Sənə olmaz ki, istədiyini rəiyyətə fərman verəsən.

Yaxud özünü böyük işə qarışdırasan. Məgər sənə bir göstəriş gəlmiş ola. Allah-taalanın əmlakından sənin əlində əmlak vardır. Sən xəzinədarsan ki, onu mənə təslim edəsən. Ümid var ki, mən sənin üçün ən pis vali olmayam. Vəssalam."


NƏHCÜLBƏLAĞƏ   3-cü məktub

 

 

 




Ədəb-ərkan qaydaları İmam Həsən Muctabanın (ə) kəlamında

Ədəb-ərkan qaydaları İmam Həsən Muctabanın (ə) kəlamında

İmam Həsənin (ə) ədəb-ərkan və ictimai əxlaq barəsindəki bələdçiliklərinə əsasən insanın maddi meyarlara görə ictimaiyyətdə digərləri ilə davranışını tənzimlənməsi tamamilə yanlış işdir. Çünki insan çox önəmli olan mənəvi bağlılıqdan uzaqlaşır.

İnsanlarla gözəl ədəb-ərkan, yaxşı söhbət və layiqli davranış

Gözəl ədəb-ərkan, yaxşı söhbət və layiqli davranış Quran-Kərim, islam peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s) və məsumların (ə) ardıcıllarının vurğuladıqları göstərişlərdir.

İmam Həsən (ə) Behişt əhlinin gənclərinin sərvəri və Əhli-Beytin Kərimi adlandırılıb və bu gözəl davranış, ədəb-ərkan və dahi şəxsiyyətlilik bu imamı dillər əzbəri etmişdir.

Əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) əziz qızı Həzrət Fatimə (s.ə) öz övladlarının tərbiyəsində əsaslı rola malik idi. İmam Həsən Muctabanın (ə) ədəb-ərkanı və davranışı Həzrət Zəhranın (s.ə) analığının səmərəsi olmuşdur. Belə ki, Həzrət Zəhra (s.ə) İmam Həsənə (ə) məhdud uşaqlıq dövründə ictimai həyatı nöqtə-vergülünə qədər öyrətdi.

Rəvayətlərdə bildirilir: Fatimə (s.ə) ev işlərini bitirdikdən sonra ibadət, namaz, başqaları üçün dua etmək və Allah-taala dərgahına raz-niyaz etməklə məşğul olurdu.

Həzrət Fatimənin (s.ə) kiçik yaşlı övladları analarının əməllərinin şahidi idilər. Dua zamanı heç kim üçün öz duasını əsirgəmirdi, özü istisna olmaqla.

İmam Həsən (ə) anasının ibadəti barəsində buyurur: Anamı gördüm ki, cümə gecələri mehrabda ibadətə durub və səhər açılana qədər rüku və səcdəyə gedir və problemlərin aradan qalxması və istəklərinin qəbul olunması üçün dua edirdi, amma özü üçün heç bir söz demir və dua etmirdi. Söylədim: Ana! Nə üçün başqaları kimi özün üçün də dua etmirsən? Cavab verdi:  Övladım! "Əl-Caru Summud-dar". Əvvəl qonşunu əzizlə, sonra özünü və ev əhlini.

Beləliklə Fatimə (ə) ibadət, gecəni oyaq qalmaq, qonşulara hörmət bəsləmək və digərlərini özündən üstün tutmağı öz övladlarına öyrədirdi.




صفحه قبل 1 2 3 4 5 ... 36 صفحه بعد

تبلیغات

مجله اینترنتی آذربایجان

ساير اخبار

با عاشورائیان

وهب مسیحی

امکانات